İbrahim Rəisinin Rusiyaya səfəri: "Əlaqələr inventarlaşmalıdır"

İbrahim Rəisinin Rusiyaya səfəri: "Əlaqələr inventarlaşmalıdır"

İbrahim Rəisinin Rusiyaya səfəri: "Əlaqələr inventarlaşmalıdır"

"İran prezidenti İbrahim Rəisinin Rusiyaya gözlənilən səfəri çox əhəmiyyətli olacaq, münasibətlər inventarlaşdırılmalıdır".

Polemika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Mətbuat konfransında nazir deyib: "Səfər, bir sözlə, çox vacibdir. Ənənəvi olaraq aramızda yaxın və müntəzəm olan, həmçinin koronavirus infeksiyasının qurbanı olan ən yüksək səviyyədə əlaqələri bərpa etməyin vaxtıdır... İran rəhbərliyində baş verən dəyişiklikləri nəzərə alaraq bütün gündəliyimizi inventar etmək lazımdır”.

Lavrovun sözlərinə görə, tərəflər iqtisadi gündəmi, beynəlxalq siyasət məsələlərini, BMT və digər beynəlxalq təşkilatlarda işi müzakirə etməlidir.

Bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, İran prezidenti İbrahim Rəisinin Rusiyaya səfərinin mümkünlüyü üzərində iş gedir, vaxt sonra məlum olacaq.

İbrahim Rəisinin Rusiyaya səfəri: "Əlaqələr inventarlaşmalıdır"