Hökumətyönlü İran qəzeti Rusiyaya: "Bizi təhdid etməyin"

Hökumətyönlü İran qəzeti Rusiyaya: "Bizi təhdid etməyin"

Hökumətyönlü İran qəzeti Rusiyaya: "Bizi təhdid etməyin"

“Biz nə Türkmənçayı, nə Gülüstanı, nə də sovetlərin İraqı hərtərəfli təchiz etdiyi müqəddəs müdafiə dövrünü unutmuşuq”.

Polemika.az xəbər verir ki, bu barədə İranın hökumətyönlü “Comhuriye Eslami” qəzeti yazıb.

Nəşr Rusiyanın Ukrayna böhranından istifadə edərək Vyana danışıqlarına və nüvə sazişinin imzalanmasına əngəl yaratmasını "fürsətçilik" adlandırıb:

"Amma biz keçmişdə deyilik və Rusiya ilə ən yüksək səviyyədə qarşılıqlı əlaqələrimiz var. JCPOA -nın (nüvə sazişi - red.) girov götürülməsinə və öz maraqları naminə İrana qarşı sanksiyaların aradan qaldırılması, sazişin çətin vəziyyətdən xilas olmaq üçün danışıqlar masası altına qoyulmasına imkan verməyəcəyik". 

"Şəxsi həyatımıza kimin müdaxilə etməsi bizim üçün fərq etmir, maraqlarımızı ağıllı şəkildə müdafiə edirik", - deyə qeyd edən "Comhuriye Eslami" sonda vurğulayıb: "Davamlı olaraq bütün tərəflərə xatırladılmalıdır ki, onlar heç vaxt İranı təhdid etməməlidir".

Hökumətyönlü İran qəzeti Rusiyaya: "Bizi təhdid etməyin"