Hindu quru Azərbaycan paxlavasını təriflədi

Hindu quru Azərbaycan paxlavasını təriflədi

Hindu quru Azərbaycan paxlavasını təriflədi

Sadhquru kimi tanınan məşhur hind yogi Caqqi Vasudev öz “İnstaqram” səhifəsində Bakıdan daha bir video yayımlayıb.

Polemika.az xəbər verir ki, Sadhquru İçərişəhərdə ənənəvi Azərbaycan paxlavasını dadıb və onun dadından həzz aldığını bildirib.

Sadhquru etiraf edib ki, "bu, indiyə qədər daddığım ən ləzzətli paxlavadır".

Sadhquru bütün dünyada yoqa proqramları həyata keçirən "İsha Foundation" xeyriyyə təşkilatının təsisçisidir. Fond bir milyondan çox könüllü tərəfindən dəstəklənir.

Sadhguru yoqa mövzusunda bir çox kitab müəllifidir. O, "World Peace Summit", Birləşmiş Millətlər Təşkilatı, Davos Beynəlxalq İqtisadi Forumu, TED konfransı və s. kimi nüfuzlu beynəlxalq forumların hər zaman arzu edilən qonağıdır.

Hindu quru Azərbaycan paxlavasını təriflədi