Dünya
21 Yan 2021 13:10
Heyvana işgəncə verənlər cərimələndi
Türkiyənin Dənizli şəhərində tükürpədici hadisə yaşanıb.
Yenisabah.az xəbər verir ki, Buldan bölgəsində ova gedən bir qrup gənc ovladıqları donuz balasını arxa ayaqlarından asaraq it sürüsünə parçaladıb.
Hadisənin görüntüləri sosial şəbəkədə paylaşıldıqdan sonra şəxsiyyəti müəyyənləşən 4 min ovçuya 17 561 lirə cərimə tətbiq olunub.
"Heyvana işgəncə verməyin, öldürün",- deyilən görüntülərdə ovçuların donuzun parçalanmasını gülərək izlədiyi görünür.