Hərbi hissələrdə ideoloji işə həsr edilən tədbirlər keçirilib

Hərbi hissələrdə ideoloji işə həsr edilən tədbirlər keçirilib
07 Avq 2020 16:15
84

Bakı, 7 avqust, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son çıxışlarında orduda ideoloji işin gücləndirilməsi, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində qarşıya qoyduğu vəzifələrin icrası ilə bağlı Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hərbi hissələrdə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə hərbi hissələrin əsgər, zabit heyəti və Azərbaycanın Əməkdar artisti Ağalar Bayramov iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Təntənəli mərasimlərdə çıxış edənlər ideoloji işin əhəmiyyətindən, Azərbaycanın dövlətçilik tarixinin mərhələlərindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən və Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş verən Tovuz döyüşlərindən geniş söhbət ediblər.

Şəxsi heyətə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışını əks etdirən videoçarx və Azərbaycanın dövlətçilik, hərb tarixindən bəhs edən tarixi xronika təqdim olunub.

Əməkdar artist A.Bayramov Vətənə, Azərbaycan bayrağına, şəhidlərə həsr edilən şeirlər səsləndirib.

Tədbirdə, həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində əsgərlər ailələrinə məktub yazaraq öz arzularını çatdırıblar.

Tədbirlər Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təqdim etdiyi hərbi vətənpərvərlik mahnılarından və ordu marşlarından ibarət konsert proqramları ilə başa çatıb.

 

Oxşar xəbərlər

АЗЕРТАДЖ и ВНА успешно сотрудничают как в двустороннем формате, так и в рамках международных медиа-организаций
Президент: Если бы мы в то время были независимой страной, то Азербайджан мог стать богатейшей страной мира
Президент Ильхам Алиев: Сегодня основная часть экономики страны связана с нефтегазовым сектором, и так будет еще долгие годы
Президент Ильхам Алиев: Начинается новый этап разработки газоконденсатного месторождения «Абшерон»
Президент Ильхам Алиев: Труд наших нефтяников служит интересам азербайджанского народа
Министр обороны: Азербайджанская армия полностью готова к пресечению любых провокаций противника и к решительным ответным действиям
Подразделения вооруженных сил Армении в течение суток нарушили режим прекращения огня 36 раз ВИДЕО
Подразделения вооруженных сил Армении в течение суток нарушили режим прекращения огня 36 раз
Обсуждены перспективы сотрудничества между Азербайджаном и Ираном
Для Общества с ограниченной ответственностью Naxtel созданы современные рабочие условия
Валерий Колюх: Сотрудничество между Азербайджаном и Украиной продолжается очень успешно
Письмо Джейхуна Байрамова Антонио Гутерришу опубликовано как документ Генеральной Ассамблеи и Совета Безопасности ООН