Həbsdəki icra başçısının kadrı işdən çıxarıldı – Fəaliyyəti araşdırılıb...

Həbsdəki icra başçısının kadrı işdən çıxarıldı – Fəaliyyəti araşdırılıb...
16 Sen 2020 17:45
25

Goranboy rayon İcra Hakimiyyətinin Sənədlərlə iş şöbəsinin müdiri Sayad Quliyev tutduğu vəzifədən uzaqlaşdırılıb.

Rayondakı mənbələrdən “AzPolitika.info”-ya verilən məlumata görə, keçmiş şöbə müdirinin adı bir sıra qanunsuzluqlarda hallanıb. Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyevin həbsindən sonra onun da fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb.

Xatırladaq ki, N. Quliyev ötən il oktyabr ayının 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin Ağstafada keçirdiyi əməliyyat zamanı həbs edilib. O, bundan əvvəl 10 il Goranboy rayonuna rəhbərlik edib.

Mənbə bildirib ki, Sayad Quliyev N. Quliyevin vəzifəyə təyin etdiyi kadrlardan biri olub.

Oxşar xəbərlər