"Haqlı müharibə başqa şeydir" - Əməkdar artist

"Haqlı müharibə başqa şeydir" - Əməkdar artist

"Haqlı müharibə başqa şeydir" - Əməkdar artist

“İstər körpələr, vətəndaşlar ölsün, istər ölməsin müharibə istənilən halda pisdir...”

Bu sözləri Polemika.az-a Əməkdar artist Cavanşir Məmmədov Ukrayna-Rusiya arasında gedən müharibədən danışarkən deyib.

Sənətçi hər bir müharibənin, açılan silahın insan itkisi olduğunu deyib:

“Müharibələri pisləmək üçün hökmən uşaq ölməli deyil. Uşaqlar ölürsə, bu lap pisdir. Müharibəni o vaxt tərifləmək olar ki, dəfələrlə bir söz deyilsin, amma qarşı tərəf eşitməsin. Necə ki, bizim müharibəmiz oldu, vaxtilə torpaqlarımız işğal olundu, qarşı tərəfə 50 dəfə deyildi, Cənab Prezidentin getmədiyi görüş qalmadı, gördü ki, düzəlmir, sonda müharibə etmək məcburiyyətində qaldı.

Biz müharibəyə məcbur olduq. Müharibə heç bir halda yaxşı deyil, amma haqlı müharibə başqa şeydir. Biz haqq yoluna müharibəmizi davam etdirdik və qalib gəldik. Həm də bu müharibə uzun müddət yox, cəmi 44 gün çəkdi”.

Sənətçi qeyd edib ki, əgər müharibə uzun müddət davam edərsə, partizan müharibəsinə çevrilə bilər:

“Siz bilmirsiniz, amma mən sovet dönəmində yaşamışam. Vyetnam müharibəsi zamanı partizan müharibəsi 20 il davam etdi. Partizan müharibəsi çox pis müharibədir”.

Əsmətxanım RZAZADƏ

"Haqlı müharibə başqa şeydir" - Əməkdar artist