Həbs olunan sabiq icra başçısının əmlakı əlindən alınır
Həbs olunan sabiq icra başçısının əmlakı əlindən alınır
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hokum ilə Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin əmlakı müsadirə olunacaq.
Polemika.az xəbər verir ki, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə 11 il azadlıqdan məhrum edilən eks-icra başçısının aşağıdakı əmlakı əlindən alınacaq:
- Bakı şəhərində yerləşən iki mənzil;
- "Audi" markalı avtomobil;
Bundan başqa, Mahir Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq ziyanı da ödəməlidir.