"Gənclərdə Allah qorxusu olsa..." - Ateist cəmiyyətdə böyümüş Əməkdar artist

"Gənclərdə Allah qorxusu olsa..."

"Gənclərdə Allah qorxusu olsa..." - Ateist cəmiyyətdə böyümüş Əməkdar artist

Ötən gün Bakıda daha bir intihar hadisəsi qeydə alınıb. Bu dəfə 19 yaşlı Fidan Niftəliyeva özünü “Qələbə Residence” yaşayış kompleksi (Yasamal rayonu) binalarından birindən yerə atıb. İntihar etmiş gənc qız çılpaq çəkildiyi videoları ilə şantaj edilirmiş.

Mövzu ilə bağlı Polemika.az-a Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə bildirib:

“Son vaxtlar bu cür hadisələrin sayı artıb. Şərh olaraq bircə şey deyə bilərəm: nə qədər ki, məktəblərdə dini dərslər keçirilmir, bu tip intihar hadisələri təkrarlanacaq. İnsanlara uşaq yaşlarından başa salınmalıdır ki, ən böyük günahlardan biri intihardır. Bunu başa salandan sonra ilahi əzab qorxusu yaranacaq və bir daha bu fikrə düşməyəcəklər. 

Hər şey bu qorxunun yoxluğundan irəli gəlir. İnsanlara bunu mütləq başa salmaq lazımdır. Bu vacibdir, nə olursa-olsun insan özünə qəsd etməməlidir. Bunu başqa cür başa salmaq mümkün deyil. Bu, mənim baxış bucağımdır. Heç olmasa, ayda bir dəfə bir saat məktəblərdə dini dərslər keçirilməlidir. Ehkamlar başa salınmalıdır ki, nələr olar, nələr olmaz”.

Aktyor Allahdan qorxan gənclərin intihar etməyəcəyi qənaətindədir:

“Dində qadağalardan biri də məhz intihardır. Allahdan qorxan yeniyetmə, gənc biləcək ki, bu günahdır. Bu o demək deyil ki, bundan sonra intiharlar ümumiyyətlə, olmayacaq. Xeyr, yenə olacaq, amma intihar göstəricisi azalacaq. 

Sovet vaxtında belə intihar hadisələri çox az idi. Baxmayaraq ki, o dövrdə ateizm dövlət siyasətiydi, dini ehkamlarla bağlı məlumat yoxudu, lakin insanlarda Allah qorxusu var idi. İndi isə o qorxu yoxdur. Dostoyevskinin təbirincə, “Allah yoxdursa, deməli, hər şey mübahdır”?!”

Əsmətxanım

"Gənclərdə Allah qorxusu olsa..." - Ateist cəmiyyətdə böyümüş Əməkdar artist