Gürcüstan hökumətinin 4 üzvü COVID-ə yoluxdu

Gürcüstan hökumətinin 4 üzvü COVID-ə yoluxdu

Gürcüstan hökumətinin 4 üzvü COVID-ə yoluxdu

Gürcüstan hökumətinin 4 üzvündə koronavirus aşkarlanıb.

Polemika.az “Novosti-Qruziya”ya istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Təhsil və elm naziri Mixeil Çxenkeli, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, kənd təsərrüfatı və infrastruktur naziri Levan Davitaşvili və müdafiə naziri Xuanşer Burçuladze səhhətinə görə Bazar ertəsi günü hökumətin iclasında iştirak etməyiblər.

Gürcüstan ötən ilin sonunda - 20 dekabr 2021-ci ildə ölkədə müəyyən edilmiş yeni "Omikron" ştammının yaratdığı koronavirus pandemiyasının altıncı dalğasını yaşayır. Yanvar ayında yeni infeksiyaların artması rekordları qırır. Sonuncu belə hal ötən şənbə günü qeydə alınıb - 11 039 xəstə.

Eyni zamanda, peyvəndləmə tempi olduqca yavaşdır. Gürcüstanda peyvəndlərin tətbiqindən sonra on ay ərzində yetkin əhalinin yalnız 42%-i peyvənd olunub.

Gürcüstan hökumətinin 4 üzvü COVID-ə yoluxdu