Gürcü Baş nazir: "Heyf ki, 2008-də Rusiyaya sanksiya tətbiq olunmadı"

Gürcü Baş nazir: "Heyf ki, 2008-də Rusiyaya sanksiya tətbiq olunmadı"

Gürcü Baş nazir: "Heyf ki, 2008-də Rusiyaya sanksiya tətbiq olunmadı"

"2008-ci ildə Cənubi Osetiyada hərbi münaqişə zamanı heç kim Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib".

Polemika.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili polşalı həmkarı Mateuş Moravetski ilə birgə keçirdiyi brifinq zamanı bildirib.

O deyib: "Mən xatırlamaq və hamıya xatırlatmaq istərdim ki, təəssüf ki, avqust müharibəsindən (2008-ci il - red.) sonra o vaxtkı dünya liderləri tərəfindən Rusiyaya qarşı heç bir sanksiya tətbiq edilmədi. Mən o vaxt yüksək səslə çıxış edən prezident Lex Kaçinskini də xatırlamaq istərdim. O, Qərb liderlərini Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı qəti və cəsarətli qərarlar qəbul etməyə çağırdı".

"Avqust müharibəsindən sonra biz Rusiyaya qarşı siyasətin yeniləndiyini, yeni ticarət-iqtisadi layihələrin və təəssüf ki, heç bir sanksiyaların olmadığını gördük. Üstəlik, təəssüf ki, hətta bizim gürcü hökuməti də o vaxt Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib”, - deyə Baş nazir vurğulayıb.

Gürcü Baş nazir: "Heyf ki, 2008-də Rusiyaya sanksiya tətbiq olunmadı"