Güclü külək nəticəsində qopan dam örtüyü Abşeron sakininin qarnını deşdi

Güclü külək nəticəsində qopan dam örtüyü Abşeron sakininin qarnını deşdi

Güclü külək nəticəsində qopan dam örtüyü Abşeron sakininin qarnını deşdi

Güclü külək bir nəfərin xəsarət almasına səbəb olub.

Polemika.az xəbər verir ki, hadisə Abşeron rayonunun Güzdək qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü Rahib Nehmətov 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, R.Nehmətov küçədə gəzərkən güclü külək nəticəsində evdən qopan dam örtüyünün bir parçası onun qarnına kəsici və deşici xəsarət yetirib. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dəqiqləşdirilir./APA

Güclü külək nəticəsində qopan dam örtüyü Abşeron sakininin qarnını deşdi