Güclü külək Bakıda 11 məktəbə ciddi ziyan vurub

Güclü külək Bakıda 11 məktəbə ciddi ziyan vurub

Güclü külək Bakıda 11 məktəbə ciddi ziyan vurub

Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtın bəzi ümumi təhsil məktəblərinə ziyan dəyib. 

Bakı Şəhər Təhsil İdarəsindən Polemika.az-a verilən məlumata görə 39, 113,167, 173, 186, 204, 260, 265, 298, 314, 319 nömrəli məktəblərin dam örtüyü, pəncərə, fasad və hasarlarında bir sıra fəsadlar yaranıb, ağacların aşması, budaqların qırılması və xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

Müvafiq mütəxəssislər məktəblərdə olub, ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilib. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.

Həmçinin paytaxtın ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb. 

Güclü külək Bakıda 11 məktəbə ciddi ziyan vurub