“Göyçayın icra başçısına müraciət etsək də...” – Qazi ailəsi ağır durumda

“Göyçayın icra başçısına müraciət etsək də...” – Qazi ailəsi ağır durumda

Vətən müharibəsində döyüşərək ağır yaralanan hərbçilərimizdən biri də Göyçay rayon Mallı-Şıxlı kənd sakini əsgər Məmmədov Yusif Müşfiq oğludur. 2002-ci ildə anadan olan Yusif əsgəri xidmətinə yollanıb və yeddinci ayında müharibə başlayıb və o, da döyüşə qatılıb. 

Qazimizin qardaşı Rəvan Məmmədov çox ağır şəraitdə yaşadıqlarını bildirib. Onun sözlərinə görə mənzil şəraitlərinin yaxşılaşdırılması üçün Göyçay rayon İcra Hakimiyyətinə müraciət etsələr də, onların müraciəti cavabsız qalıb:

“Ailədə iki bacı və iki qardaşıq. Atam isə bir neçə il öncə dünyasını dəyişib. Bacılarım ailə qurub. Mən evin kiçik oğluyam, Yusif isə məndən böyükdür. Gələn il mən də hərbi xidmətə yollanacam. Qardaşım Yusif yeddi ay idi xidmət edirdi və elə oldu ki, Vətən müharibəsi başladı. Sentyabrın 30-da Murov istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Əməliyyat edildikdən sonra evə gətirmişik və hazırda müalicələri davam edir. 

Mənzil şəraitimiz çox acınacaqlıdır. Buna görə qazi qardaşım da əziyyət çəkir. Buna görə anam Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadəyə və rayonun deputatı Sabir Hacıyevə müraciət edərək kömək istəyib. Çox təəssüflər olsun ki, bizə heç bir cavab verilməyib. Qardaşımın müalicələrinin davam etdirilməsi üçün maddi imkanımız da yaxşı deyil. Amma köməksiz qalmışıq, heç qapımızı açan da yoxdur”.

 

“Göyçayın icra başçısına müraciət etsək də...” – Qazi ailəsi ağır durumda