Hadisə
22 Yan 2021 01:00
Goranboyda azyaşlı dəm qazından zəhərləndi
Goranboy rayonunda 11 yaşlı yeniyetmə qız qazdan zəhərlənib.
Yenisabah.az xəbər verir ki, hadisə Goranboy şəhərində baş verib.
2010-cu il təvəllüdlü rayon sakini Zəhra Şirinova yaşadığı ünvanda dəm qazından zəhərlənib. Azyaşlı xəstəxanaya yerləşdirilib.
Hazırda vəziyyəti qənaətbəxşdir. /APA