Xalqın səsi
10 Mart 2021 12:40
Gömrük Komitəsinin qarşısında aksiya başladı - Video
Hazırda bir qrup sahibkar Dövlət Gömrük Komitəsinin qarşısında etiraz aksiyası keçirir.
Polemika.az xəbər verir ki, etirazçılar haqsız yerə incidilmədən şikayət edirlər. Sahibkarlar deyir ki, Gömrük Komitəsinin rəhbərliyi onların şikayətlərini dinləmir.
Şikayətçilər mövcud şərtlər altında ölkəyə mal gətirə bilmədiklərini bildirirlər. Etirazçılar Komitə rəhbərliyinin onları qəbul etməsini tələb edirlər.