“Freedom House”: "Ermənistanda demokratik normalar deqradasiyaya uğrayıb"

“Freedom House”: "Ermənistanda demokratik normalar deqradasiyaya uğrayıb"

“Freedom House”: "Ermənistanda demokratik normalar deqradasiyaya uğrayıb"

“Freedom House” Ermənistanda demokratik normaların deqradasiyaya uğradığını bəyan edib. 

Polemika.az xəbər verir ki, Ermənistanın hazırkı hakimiyyətinə həddindən artıq loyallığı ilə tanınan “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı İrəvanda 137-1 “Ağır təhqir” maddəsi ilə ilk hökmün çıxarılmasından narahatlığını bildirib.

Müvafiq bəyanat təşkilatın “Twitter” səhifəsində dərc olunub.

Qurum dövlət məmurlarına qarşı “ağır təhqir”in cinayət hesab edilməsindən narahatlığını ifadə edib:

“Bu, demokratik normaların açıq-aşkar deqradasiyasıdır və Ermənistanda söz azadlığının qabağını alır”, - deyə “Freedom House”un bəyanatında bildirilib.

Qeyd edək ki, Ermənistanda dövlət və məmurlara ağır təhqirlərə görə məsuliyyətə cəlb etmə haqqında sözügedən qanun 2021-ci il avqustun 30-da qüvvəyə minib. 31 dekabr 2021-ci il tarixinə kimi bu maddə ilə 263 cinayət işi başlanılıb. Onlardan 214-ü barədə istintaq davam edir, 31 nəfərə qarşı ittiham irəli sürülüb, 7 iş məhkəmədədir.

Yeni qanuna əsasən, söyüş və şəxsiyyətin ağır təhqiri, o cümlədən mətbuatın imkanlarından və dövlət vəzifələrindən istifadə etməklə belə materialların kütləvi informasiya vasitələri və digər ictimai vasitələrlə yayılması cinayət məsuliyyətinə cəlb etmə ilə nəticələnir.

Xatırladaq ki, İrəvan sakini baş nazir Nikol Paşinyan və yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanı təhqir etdiyinə görə bu qanuna əsasən 500 min dram məbləğində (təxminən 1700 manat - red.) cərimələnib. 

 

 

“Freedom House”: "Ermənistanda demokratik normalar deqradasiyaya uğrayıb"