FIDE Rusiya və Belarusa qadağa qoydu

FIDE Rusiya və Belarusa qadağa qoydu

FIDE Rusiya və Belarusa qadağa qoydu

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Şurası Rusiya və Belarus yığmalarına qurumun himayəsi altında keçirilən şahmat turnirlərində iştirakını qadağan edib.

Polemika.az Qol.az-a istinadla xəbər verir ki, bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Rusiya və Belarus qrossmeysterlərinin qurumun fərdi turnirlərində neytral statusda - milli simvollar olmadan iştirak edə bilərlər.

Qeyd edək ki, FIFA da daxil olmaqla əksər idman təşkilatları Ukraynadakı hərbi gərginliklə əlaqədar Rusiya və Belarus komandalarına sanksiyalar tətbiq edib. 

FIDE Rusiya və Belarusa qadağa qoydu