“Facebook”un fəaliyyətində yenidən problem yarandı

“Facebook”un fəaliyyətində yenidən problem yarandı

“Facebook”un fəaliyyətində yenidən problem yarandı

Dünyanın müxtəlif ölkələrində "Facebook" istifadəçiləri sosial xidmətin fəaliyyətində nasazlıq olduğunu bildiriblər.

Polemika.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətində nasazlığı izləyən “Downdetector” saytı məlumat yayıb.

Sosial şəbəkənin fəaliyyətində nazaslıqlar haqqında ilk məlumat Bakı vaxtı ilə təxminən saat 19:00-da yayılıb. Saat 22:00-a qədər isə şikayətlərin sayı xeyli artıb. Həmçinin, messencerdə də bir sıra nasazlıqlar yaranıb.

Əsasən ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Kanada, İtaliya və digər ölkələrdən olan sosial şəbəkə istifadəçiləri nasazlıqdan şikayətlənir. İstifadəçilər daha çox öz hesablarına daxil olmaqda, həmçinin veb-saytın və sosial şəbəkə tətbiqinin işində problemlərlə üzləşiblər.

“Facebook”un fəaliyyətində yenidən problem yarandı