“Facebook” və “Twitter” Trampı bloklayandan sonra 44 milyard dollar itirdi

“Facebook” və “Twitter” Trampı bloklayandan sonra 44 milyard dollar itirdi

“Facebook” və “Twitter” sosial şəbəkələri ABŞ prezidenti Donald Trampın hesablarının bloklanması səbəbindən 44 milyard dollar vəsait itirib. 

Yenisabah.az xəbər verir ki, bunu NASDAQ birjasının məlumatlarına əsasən demək mümkündür.

Qeyd edək ki, D.Trampın sosial şəbəkələrdəki hesablarının bloklanması, siyasətçinin minlərlə tərəfdarının Vaşinqtonda etiraz nümayişləri keçirməsindən sonra başladı.

Etirazçıların bir hissəsi Konqresin ölkədəki prezident seçkilərinin nəticələrini təsdiq etdiyi Kapitoliyə binasına daxil olub.

Etiraz aksiyaları nəticədə ölən və yaralananlar olub.  /Oxu.az