Evində qumarxana təşkil etmişdi

Evində qumarxana təşkil etmişdi

Evində qumarxana təşkil etmişdi

Yaşadığı evdə qumar oyunları təşkil edən Lənkəran sakini saxlanılıb.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Lənkəran polisi rayon sakini Bəhruz Xudiyevin yaşadığı evdə qumar oyunları təşkil etməsini  müəyyən edib.

Keçirilən baxış zamanı oradan qumar oyunlarına qoyulan pul vəsaiti, oyun kartları aşkarlanaraq götürülüb.

Həmçinin, həmin ünvanda qanunsuz qumar oynayan 7 nəfər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb. 

Faktla bağlı araşdırma aparılır.

 

Evində qumarxana təşkil etmişdi