Ermənistanda əhalinin silahlandırılması tələb edilir

Ermənistanda əhalinin silahlandırılması tələb edilir

Ermənistanda əhalinin silahlandırılması tələb edilir

Ermənistanda əhalinin silahlanması ilə bağlı tələb irəli sürülüb.

Polemika.az erməni mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Milli Demokratik Partiyası bəyanat yayıb.

"Zəngəzur və digər təhlükə altında olan ərazilərdəki əhalinin silahlandırılmasını, hazırlanmasını tələb edirik", - deyə bəyanatda deyilir.

Partiya Müdafiə Nazirliyindən, Silahlı Qüvvələrin Baş Qərargah rəisindən və Ali Komandanlığın digər üzvlərindən könüllülük əsasında silaha sahib olmaq və gəzdirmək, effektiv özünümüdafiəni təşkil etmək hüququ üçün zəruri olan qanunvericilik aktlarının qəbul edilməsi və zəruri özünümüdafiə hissələrini silah-sursat və texnika, o cümlədən, rabitə vasitələri ilə təmin etməyi tələb edir.

Ermənistanda əhalinin silahlandırılması tələb edilir