Ermənistanda yoluxma kəskin artdı

Ermənistanda yoluxma kəskin artdı

Ermənistanda yoluxma kəskin artdı

Ermənistanda son sutkada koronavirusa 2556 yeni yoluxma qeydə alınıb.

Polemika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ümumən Ermənistanda 358.218 nəfər koronavirusa yoluxub. Hazırda 13697 nəfər müalicə olunur, 334.960 nəfər sağalıb, 8035 (son gündə 2) nəfər vəfat edib.

Koronavirusa yoluxmuş daha 1 nəfər başqa xəstəliklər ucbatından dünyasını dəyişib. Belə halların ümumi sayı 1526-dır.

Beləliklə, ölənlərin ümumi sayı 9561-ə çatıb.

Ermənistanda yoluxma kəskin artdı