Ermənistanda iranlı çobanlar üçün vakansiya: "Quzu" hekayəti

Ermənistanda iranlı çobanlar üçün vakansiya: "Quzu" hekayəti

Ermənistanda iranlı çobanlar üçün vakansiya: "Quzu" hekayəti

Ermənistan sosial mediasında iranlı çobanların işə götürülməsi barədə elanlar dolaşır.

Polemika.az xəbər verir ki, bu barədə "Həmşəhri" qəzeti yazıb.

Bu sayaq iş elanlarına İslam Respublikasının Heyvandarlıq Şurası aydınlıq gətirib.

Şuranın rəhbəri Mənsur Purian bildirib ki, erməni heyvandarlıq istehsalçıları sırf ərəb dilini mükəmməl bilən iranlı çobanları işə götürməyə üstünlük verirlər.

"Bu xəbərin təsdiqi və ya təkzibi üçün Ermənistan iqtisadiyyatından agah olan şəxslərlə ünsiyyətdə oldum. Onlar hesab edirlər ki, İraq və Fars körfəzi ölkələrinin bazarlarını ələ keçirmək üçün Ermənistanda 1 milyon baş mal-qara istehsalını gündəmə gətirilib", - deyə Mənsur Purian izah edib.

Onun sözlərinə görə, Ermənistanda İraq, Küveyt, Qətər, BƏƏ, Oman və Səudiyyə Ərəbistanının böyük bazarlarında dişi quzulara ciddi tələbat var. Hələ doğmamış İran qoyunları ərəblərin sevimli təamıdır. Ona görə də, heyvəndarlıqda bu standarta, yəni İran istehsalına yaxınlaşmaq üçün Ermənistanda iranlı çobanlar üçün geniş vakansiya var.

Mənsur Purian əlavə edib ki, ərəb ölkələri mal-qara almaq üçün Ermənistana çoxsaylı səfərlər edir və dil problemi olduğundan məhz iranlı çobanlar vasitəsilə sövdələşməyə üstünlük verirlər.

Şura rəhbəri vurğulayıb ki, Ermənistandan Fars körfəzi ölkələrinə mal-qara tranziti İrandan həyata keçirilir və səhv ixrac siyasəti ucbatından İslam Respublikası bu böyük bazarı itirib.

"Həmşəhri" qəzeti qeyd edib ki, son 3 ildə İrandan mal-qara ixracına qadağa qoyulub. Nəticədə Ermənistan və Gürcüstandan Fars körfəzi ölkələrinə mal-qara ixracı artıb.

Yeri gəlmişkən, sosial medianın erməni seqmentində Ermənistanda çobanlıq etmək istəyən 10 nəfərin hər birinə ayda 400 dollar, ərəb dilini mükəmməl bilənə isə 500 dollar veriləcəyi bildirilir. 

Ermənistanda iranlı çobanlar üçün vakansiya: "Quzu" hekayəti