“Ermənistan Azərbaycanın sülh təklifinə cavab verməlidir” - Mövlud Çavuşoğlu

“Ermənistan Azərbaycanın sülh təklifinə cavab verməlidir” - Mövlud Çavuşoğlu

“Ermənistan Azərbaycanın sülh təklifinə cavab verməlidir” - Mövlud Çavuşoğlu

"İkinci Qarabağ müharibəsi bitdikdən, Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra, Azərbaycan və Türkiyə olaraq gücümüzü sülh və sabitlik üçün birləşdirdik".

Polemika.az xəbər verir ki, bu fikirləri Antalya Diplomatiya Forumunun yekunlarına dair mətbuat konfransı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazirin sözlərinə görə, Ermənistan Azərbaycanın sülh təklifinə cavab verməlidir.

“Bölgənin sabitliyi üçün hər kəsin çalışması lazımdır. Bizim Azərbaycanla 3 və 4-lü formatda əməkdaşlıq mexanizmlərimiz var. Bir gün sülh olsa, niyə Ermənistan da bu formatlara qatılmasın? Fikrimcə, sülh sazişinə dair danışıqlarda 3-cü tərəfə ehtiyac yoxdur. Azərbaycan və Ermənistan masa arxasında oturub danışmalıdırlar. Biz isə iki tərəf arasında sülh naminə atılacaq bütün addımları dəstəkləyirik”, - nazir əlavə edib.

“Ermənistan Azərbaycanın sülh təklifinə cavab verməlidir” - Mövlud Çavuşoğlu