"Ermənilərin xitdəyindən yapışıb boğmağın bir yolu var" - Mühüm açıqlama

"Ermənilərin xitdəyindən yapışıb boğmağın bir yolu var"

"Ermənilərin xitdəyindən yapışıb boğmağın bir yolu var" - Mühüm açıqlama

“Qarabağ klanı”nın üzvü, separatçıların “rəhbəri” Arayik Arutyunyanın Azərbaycanı hədəf alan çıxışları son günlər ölkə gündəmini zəbt edən mövzulardan biridir. Belə ki, bölücü “lider”in sözlərinə görə, Azərbaycanın Qarabağ məsələsində hesablaşmalı olduğu tərəf Ermənistan yox, “Artsax”dır. 

Bəzi ekspertlər hesab edir ki, Arayiki cilovlamağın vaxtı çatıb və bunun üçün də ən ideal yol Laçın dəhlizinin bağlanmasıdır. Dəhlizin bağlanması, habelə bölgəyə giriş-çıxışın Azərbaycanın nəzarətinə keçməsi, bölgədə balaca anklav kimi qalan separatçıların nəfəsini xirtdəkdən kəsəcək.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberqlə olan görüşündə də Laçın koridoru ilə bağlı bir sıra açıqlamalar verilmişdi.

Bu ehtimal mümkündürmü?

Azərbaycan Laçın dəhlizini bağlaya bilərmi?

Dəhlizin bağlanması fonunda Arayik və onun həmkarlarıni ələ keçirmək nə dərəcədə mümkündür?

Polemika.az-a mövcud durumu şərh edən “Azərbaycan Politoloqlar Klubu”nun sədri Nadir Şəfiyev bildirib ki, hazırda Laçın dəhlizinin bağlanması real görünmür:

“Mən inanmıram ki, Azərbaycan bu dəqiqə Laçın dəhlizini bağlaya bilsin. Hazırda hüquqi cəhətdən Laçın dəhlizi və Qarabağın dağlıq hissəsi Azərbaycanın ərazisi olsa belə, Azərbaycan Respublikasının Prezidenti 5 illik müddətinə sənədə imz atıb. Həmin o razılaşmaya əsasən 5 il müddətinə Rusiya sülhməramlıları Dağlıq Qarabağın tam azad edilməmiş hissəsində məskunlaşır, eyni zamanda, Laçın koridoruna da nəzarət edir. Yəni 5 il ərzində hüquqi cəhətdən onların orada qalmağı sənəddə qeyd olunub.

Mənə elə gəlir ki, biz indi koridor məsələsini qaldırsaq, bu, artıq Azərbaycan və Rusiya arasında müəyyən qarşıdurma yarada bilər. Buna görə də ermənilər orada at oynadırlar, çünki bilirlər ki, hazırda bölgədə Putinə qarşı çıxış etmək istər siyasi, istərsə də hərbi cəhətdən düzgün olmaz. Ona görə də, hazırda Laçın dəhlizini bağlamaq nəinki Azərbaycana sərf etmir, mən düşünürəm ki, bu mümkün də deyil. Biz, bir razılaşmaya imza atmışıq və onu da pozmayacağıq”.

Arayik Arutyunyanın tutulması məsələsini isə siyasi şərhçi bu cür yorumlayıb:

“Qaldı Paşinyanla Arutyunyanın qarşıdurmasına, biz dəfələrlə bəyan etmişik ki, Arayik Arutyunyan separatçıların “lideri” olaraq cinayət törətmiş şəxsdir, ona görə də, Azərbaycanda ona qarşı cinayət işi açılıb. Bu baxımdan imkan olsaydı, o çoxdan tutulardı.

Eyni zamanda da, vəziyyətin bu cür gərginləşdirilməsi, artıq Azərbaycanın xeyrinə deyil. Çünki 10 noyabr sənədində Azərbaycan öhdəlik götürüb, indi sıra Ermənistan və Rusiyadadır. Məsələn, Fransanın prezidentliyə namizədi olan qadın gəlmişdi Qarabağa. Orada qondarma rejimin əski parçası, Fransa və Rusiya bayraqları dalğalanırdı. Bu qədər şeylərdən sonra hesab edirəm ki, Xankəndidə Azərbaycan bayrağının dalğalanmasının vaxtı çatıb”.

“Bu qədər problemin içində mənə elə gəlir ki, Arayikin məsələsini qaldırıb buna nail ola bilmək çətin məsələdir. Amma bu bu məsələni qaldırıb istədiyimizə nail ola bilsəydik, bu, Azərbaycan rəhbərliyinin, bütövlükdə isə Azərbaycanın çox böyük nailiyyəti olardı. Bu həm idealoji, həm də mənəvi cəhətdən onları sındırardı”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 

"Ermənilərin xitdəyindən yapışıb boğmağın bir yolu var" - Mühüm açıqlama