Ermənilər Putindən Daşaltı-Şuşa yolunda nəzarət postunun qoyulmasını xahiş etdi...

Ermənilər Putindən Daşaltı-Şuşa yolunda nəzarət postunun qoyulmasını xahiş etdi...

Ermənilər Putindən Daşaltı-Şuşa yolunda nəzarət postunun qoyulmasını xahiş etdi...

44 günlük müzəffər savaşımız nəticəsində Şuşadan və digər Azərbaycan  məntəqələrindən Ermənistana köçmüş və bu ölkədəki Kremldən dəstəklənən revanşist və terrorçu xislətli siyasi dairələr tərəfindən körüklənən bir qrup erməni Rusiyanın İrəvandakı səfirliyi qarşısında aksiya keçirib.

Polemika.az xəbər verir ki, bu haqda “ArmenianReport” məlumat yayıb.

Azərbaycan torpaqlarından köçmüş ermənilər Rusiyanın Ermənistandakı səfiri vasitəsilə Rusiya ali rəhbərliyinə, yəni prezident Vladimir Putinə müraciət ediblər. Azərbaycan dövlətinə və ordusuna qarşı hədyan və böhtanlarla dolu müraciətdə  Kremldən Rusiya “sülhməramlı”larının  Şuşa-Daşaltı yolunda Şuşaya gəlib-gedən Azərbaycan avtomobil karvanlarına nəzarət etmək üçün nəzarət-buraxılış məntəqəsinin qurulması üçün göstəriş verilməsini xahiş edirlər.

Əyanilik üçün müraciətin bir hissəsinin tərcüməsini kiçik redaktə ilə nəzərinizə çatdırırıq:

"Biz Rusiyanın ali rəhbərliyinə azərbaycanlı və digər terrorçuların Şuşa şəhərinə girişinin dayandırılmasını xahiş edirik. Sizdən xahiş edirik ki, Karin Tak(Daşaltı-S.L.)-Şuşa yolunda Rusiya sülhməramlıları üçün keçid məntəqəsi yaradasınız.

Bu, neofaşist yaraqlılarını Şuşaya sərbəst şəkildə silah və sursat çatdırmaq imkanından məhrum edəcək və  Stepanakertdə və Artsaxın digər yaşayış məntəqələrində neofaşistlərin mümkün hərəkətlərinə nəzarət etməyə imkan verəcək”.

Üzdəniraq müraciətdə həmçinin qeyd olunur ki,  guya Azərbaycan hakimiyyəti magistral qaz kəmərini partlatmaqla  Qarabağda humanitar fəlakət törədib. Ermənilər eyni zamanda Ukraynanın Donbas və Luqansk bölgələrinə yardım göndərdiklərini vurğulamaqla bu ölkəyə qarşı təcavüzdə Rusiya rəhbərliyinin yanında olduğunu gözə soxurlar... /Moderator.az

Ermənilər Putindən Daşaltı-Şuşa yolunda nəzarət postunun qoyulmasını xahiş etdi...