“Ermənilər ölkəni tərk edəcək, Paşinyan siysi böhrana düşəcək” – Müsahibə

“Ermənilər ölkəni tərk edəcək, Paşinyan siysi böhrana düşəcək” – Müsahibə

“Ermənilər ölkəni tərk edəcək, Paşinyan siysi böhrana düşəcək” – Müsahibə

İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymaninin “Polemika.az”a müsahibəsi:    

- Azərbaycanla İran arasında imzalanan Anlaşma Memorandumunu necə qiymətləndirirsiniz?

- İran və Azərbaycan tarixən qonşu olub və bu qonşular arasında bütün sahələrdə sıx işbirliyi olmalıdır. Azərbaycan hökuməti ilə İran hökuməti arasında İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu kimi müştərək iqtisadi layihələr işləməli və həyata keçirilməlidir.

- Sizcə, Zəngəzurdan keçməsi nəzərdə tutulan dəhlizin İran ərazisindən keçməsinə səbəb nə oldu?

- Memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir ki, bu da tərəflərin xeyrinədir. 

Belə layihələrin həm iqtisadi, həm siyasi əhəmiyyəti var, eyni zamanda iki xalqın iqtisadi, sosial rifahının yaxşılaşması deməkdir. Xüsusən də sərhədyanı əhali üçün. Belə iqtisadi əlaqələr iki ölkə, xalqlar arasında əlaqələri daha da möhkəmləndirəcək. Bu əlaqələr başqa sahələrdəki əlaqələrin həm genişlənməsinə, həm də möhkəmlənməsinə gətirib çıxaracaq. Eyni zamanda sərhədlərimizin təhlükəsizliyinə zəmanət olar, regionun sabitliyində də müsbət təsiri ola bilər.

- İranın bu regional layihədən qazancı nə olacaq? Hansı ölkələr bu dəhlizdən yararlana biləcək?

- İranın Naxçıvanın Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərclərini öz üzərinə götürməsi təqdirəlayiqdir. 

Ermənistanin gecikməsi səbəb oldu ki, bu sənəd İranla imzalansın və Türkiyə də bundan bəhrələnəcək. Bu 3 ölkənin iqtisadi və regional inteqrasiyasına gətirib çıxaracaq, bu da ECO təşkilatının daha səmərəli olmasına yardım edəcək.

İran da bu layihədən ekonomi, ticarət və nəqliyyatin inkişafi istiqamətində xeyir götürəcək. Bundan əlavə region ölkələridə həmin istiqamətlərdə öz qazanclarını götürəcəklər. Bu anlaşma ümumilikdə regionun təhlükəsizliyinin və xalqlarının rifahının xeyrinədir.

- Necə düşünürsünüz, Ermənistan ərazisindən keçəcək dəhliz artıq gündəmdən çıxdımı, yoxsa, gələcəkdə daha bir yol Ermənistan ərazisindən də keçə bilər?

- Ermənistanın bu kimi məsələlərdən kənarda qalması onun ziyanınadır. Hər halda Ermənistan üçün daha vacibdir ki, bu layihələrə qoşulsun. Çünki nə qədər uzaqda qalsa bir o qədər inkişafdan geri qalacaq və Ermənistan xalqı da problem yaşayacaq, ermənilər daha çox ölkəni tərk edəcəklər, Paşinyan da siysi böhrana düşəcək, özəlliklə də Rusiya indiki durumda Ermənistana o qədər də kömək edə bilməyəcək.

- Bir müddət əvvəl Azərbaycanla İran arasında münasibətlərdə problemlər vardı. Sizcə o problemlər həll olundumu? Bu imzalanma ilə qonşuluq münasibətlərinin normal məcraya düşdüyünü demək olarmı?

- Mən həmişə demişəm, bir daha deyirəm. Nə qədər ki, belə planlar həyata keçsə və şəffaflıq olsa İran-Azərbaycan əlaqələri də dərinləşəcək və möhkəmlənəcək.

Əlbəttə dünyada və regionda keçən olaylarda öz təsirini göstərir. Amma iki ölkə lidərləri və ölkənlərin müvafiq qurumları bu olayların mənfi təsir göstərməsinin qarşısını almalıdırlar.

“Ermənilər ölkəni tərk edəcək, Paşinyan siysi böhrana düşəcək” – Müsahibə