Ermənistana bu ölkədən daha 3 təyyarə və 3 TIR gəldi

Ermənistana bu ölkədən daha 3 təyyarə və 3 TIR gəldi

Ermənistana Marsel (Fransa) və ətraf şəhərlərdə yaşayan erməni icmaları tərəfindən 3 təyyarə və 3 yük maşını həcmində humanitar yardım göndərilib.

Polemika.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Humanitar yardımın həcmi və nələr olduğu haqda heç bir məlumat verilməyib, eyni zamanda yüklərin də fotosu paylaşılmayıb.

Qeyd edək ki, Ermənistana “humanitar yardım” adı altında Rusiya da daxil olmaqla, müxtəlif ölkələrdən mülki təyyarələrlə silah və məzdlu daşındığı haqda çox ciddi mənbələrə istinadla məlumatlar yayılıb. Maraqlıdır ki, Ermənistan xarici ölkələrdən muzdlu topladığını nəinki inkar edir, hətta bunu təbliğ edir.

Bu gün Rusiyadan da Ermənistana “humanitar yardım” adı ilə yük gəlmişdi.  /Konkret.az