“Erməni qadına dedim ki, uzaqlaş burdan...“ - Rəşad Sadıqov

“Erməni qadına dedim ki, uzaqlaş burdan...“ - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Xəzər TV”-də yayımlanan “Birinci Studiya” verilişinin qonağı olub.

Yenisabah.az xəbər verir ki, əslən Kəlbəcərdən olan gənc mütəxəssis bu rayonun erməni işğalından azad olunmasından danışıb:

“İkili hisslər yaşayırıq. Şəhidlərimizə görə üzülüb, qələbəmizə görə sevinirik. Şəhidlərə Allahdan rəhmət diləyirəm, yaralılara sağlıq arzulayıram!

Qələbəmizdə payı olan hər kəsə təşəkkür edirəm. Ermənilər Kəlbəcərdən evləri, binaları dağıdaraq gedirlər.

Nə qədər dağıtsalar da, bunun əhəmiyyəti yoxdur. Bizə torpağımız lazımdır. Ərazi bütövlüyümüz təmin olundu. Şükürlər olsun ki, torpaqlar qayıtdı.

Ümid edirəm ki, Ağdamda “İmarət” stadionu yaxın zamanlarda bərpa ediləcək. Fikrimdə var ki, Kəlbəcərdə futbol məktəbi açım”.

Rəşad Sadıqov ermənilərlə bağlı maraqlı bir xatirəsini də bölüşüb: "İtaliyada otelimizə erməni qadın gəldi. Gördüm, "bizə müharibə lazım deyil, sülh istəyirik" deyir. Sual verdim ki, Qarabağ kimindir? Cavab verə bilmədi. Xahiş elədim ki, uzaqlaş, buradan..."