Ölkə
22 Fev 2021 20:00
Ermənistanda Paşinyanın istefası tələbi ilə yürüş keçirilir
Ermənistanın paytaxtı İrəvan şəhərində Baş nazir Nikol Paşinyan hökumətinin istefası tələbi ilə yürüş keçirilir.
Yenisabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, yürüşün təşkilatçısı "Vətənin xilası naminə" hərəkatıdır.
Hazırda polisin müşayiəti ilə etirazçılar paytaxtın mərkəzi meydanına doğru hərəkət edir. Onların mərkəzi meydanda itaətsizlik aksiyası keçirəcəyi gözlənilir.