Emin Əmrullayev erməni hücumu zamanı həlak olan Aysundan yazdı

Emin Əmrullayev erməni hücumu zamanı həlak olan Aysundan yazdı
27 Okt 2020 23:30
34

Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı cinayət əməlləri davam etməkdədir.

Yenisabah.az xəbər verir ki, bunu “Facebook”da Təhsil Naziri Emin Əmrullayev yazıb.

Nazir bildirib: “Çox təəssüf ki, bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. Həlak olan Aysu İsgəndərova Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi idi.

Allahdan şagirdimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!”.

Oxşar xəbərlər