Emin Əmrullayev Putinin nümayəndəsi ilə görüşdü

Emin Əmrullayev Putinin nümayəndəsi ilə görüşdü

Emin Əmrullayev Putinin nümayəndəsi ilə görüşdü

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoyla görüşüb.

Polemika.az xəbər verir ki, bu barədə E.Əmrullayev özünün "Twitter" hesabında məlumat yayıb.

“Bu gün Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoy ilə görüş keçirdik. Görüş zamanı Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi”, - deyə nazir qeyd edib.

Emin Əmrullayev Putinin nümayəndəsi ilə görüşdü