"Elza Seyidcahan tez-tez TV-yə çıxırsa..." - Rasim Balayev

"Elza Seyidcahan tez-tez TV-yə çıxırsa..." - Rasim Balayev

"Elza Seyidcahan tez-tez TV-yə çıxırsa..." - Rasim Balayev

"Bu ayın 6-da koronavirusa yoluxdum, indi sağalmışam. 14 gün xəstəxanada müalicə aldım. Hazırda vəziyyətim yaxşıdır".

Polemika.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

Onun sözlərinə görə, Mərkəzi Gömrük Hospitalında müalicə alıb:

"Hazırda evdəyəm. Bir həftə də ev şəraitində müalicə aldım. Demək olar ki, sağalmışam, babatam. Mərkəzi Gömrük Hospitalında dünən sonuncu dəfə yoxladılar. Hər şey yaxşıdır. Ürəyim də, digər daxili orqanlarımın vəziyyəti də normaldır".

Xalq artisti son dövrlərdə Qarabağ haqqında çəkilən filmlərdən də danışıb: "Doğrusu, hazırda çəkilən filmlərə baxmamışam. Amma onu deyə bilərəm ki, 1941-45-ci illər müharibəsi haqqında ən yaxşı filmlər savaşdan 20-30 il sonra çəkilənlərdir. Təkcə atışma səhnələri çəkməklə yaxşı filmlər ərsəyə gəlmir. Psixoloji hallar da var. Günahsız insanların faciələri ekrana daşınmalıdır".

Rasim Balayev Əməkdar artist Elza Seyidcahanın televiziyalarda bayağı şeirlər deməsinə də münasibət bildirib: 

"Dəfələrlə bu haqda danışıb tənqid etmişəm. Nəticəsi olmayıb. Elza Seyidcahan tez-tez televiziyalara çıxırsa, deməli, kiminsə xoşuna gəlir. Özləri bilərlər. Onu elmlər doktorları, professorlar müdafiə elədilər. Ondan sonra çəkilib kənarda durdum. Ruslar deməş, "znaçit bardak", yəni deməli özbaşınalıqdır.

"Elza Seyidcahan tez-tez TV-yə çıxırsa..." - Rasim Balayev