Elnarə: "Beş uşağı olanlar var, amma mən gözə girirəm”

Elnarə: "Beş uşağı olanlar var, amma mən gözə girirəm”

Elnarə: "Beş uşağı olanlar var, amma mən gözə girirəm”

Müğənni Elnarə Xəlilova ailə qurduqdan sonra sənətdən uzaqlaşması ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirib.

Polemika.az xəbər verir ki, Sənubər İsgəndərlinin “Sənətdən kənar” prqoramında qonaq olan müğənni evlilikdən sonra da sənətini davam etdirdiyini bildirib:

"Pəncərə" hitini ailə qurandan sonra təqdim etmişəm. Sənətin dərinliyinə getdikcə insanlara maraqsız oldu. Amma şadam ki, illərimi özümə faydalı işə sərf etmişəm. Mənə qalan aldığım təhsil olacaq. Elə təəssürat yarandı ki, ailə qurandan sonra karyeram yarımçıq qaldı. Buna çox pis oluram. Sənət adamları arasında dörd, beş uşağı olanlar var. Amma mən gözə girirəm”.

Müğənni fəxri adlarla bağlı da danışıb:

"Mən də fəxri ad istəyirəm...Vaqif Gərayzadə, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Almaz Ələsgərli, Aygün Bəylər üçün... Bizdən öncə böyüklər var, onlar üçün istəyirəm".

Sözügedən verilişi təqdim edirik:

 

Elnarə: "Beş uşağı olanlar var, amma mən gözə girirəm”