Ekspert: "İrəvan və Moskva Zəngəzur dəhlizi ilə Azərbaycana təzyiqlər etmək istəyirdi"

Ekspert: "İrəvan və Moskva Zəngəzur dəhlizi ilə Azərbaycana təzyiqlər etmək istəyirdi"

Ekspert: "İrəvan və Moskva Zəngəzur dəhlizi ilə Azərbaycana təzyiqlər etmək istəyirdi"

“Azərbaycanla İran arasında imzalanan Memorandumla yeni kommunikasiya xətlərinin açılması kifayət qədər uğurlu bir addımdır". 

Bunu Polemika.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, zaman etibarı ilə bu, Azərbaycanın əlini gücləndirir.

"Naxçıvan, Türkiyə və Azərbaycanın digər hissəsinin birləşdirilməsi özündə Orta Asiyaya qədər uzanan bir yolu ehtiva edir. Lakin bu məsələ Zəngəzur dəhlizini tamamilə gündəmdən salmır.

Həm Ermənistan, həm də Rusiya Zəngəzur dəhlizi ilə Azərbaycana müəyyən məsələlərdə təzyiqlər etmək istəyirdi. Azərbaycan bu təzyiqləri sığortaladı. Bəyan olundu ki, razılıq əldə olunmasa, altenativ çıxış yolları var.

Bu dəhlizin açılması ən azı ticarət döviyyəsinin artmasına və İran, Türkiyə, Azərbaycan arasında yeni ticarət dinamikasının yaranmasına səbəb olacaq. Həmçinin gömrük-keçid məntəqələrinin sayı artacaq, sərhədyanı ticarət güclənəcək. Bu isə əlavə dividendlər deməkdir”.

Mehri QURBAN

Ekspert: "İrəvan və Moskva Zəngəzur dəhlizi ilə Azərbaycana təzyiqlər etmək istəyirdi"