"Efiri zəbt edən beş-on nəfər..." - "Allah onların ac gözlərini doyursun"

"Efiri zəbt edən beş-on nəfər..."

"Efiri zəbt edən beş-on nəfər..." - "Allah onların ac gözlərini doyursun"

Koronavirus pandemiyası səbəbindən təxminən iki Azərbaycanda toylara, kütləvi tədbirlərə qadağa qoyuldu. Bu qadağalar bir çox peşə sahibi kimi sənət adamlarının da maddi sıxıntılar yaşamasına səbəb oldu. Onlar zaman-zaman istər sosial şəbəkələrdə, istərsə də, mediada pulsuz qaldıqlarını və daşınmaz əmlaklarını, avtomobillərini, zinət əşyalarını satdıqlarını deyib gileyləndilər.

Bəziləri maddi sıxıntı yaşadığı üçün əlavə biznes qurdu, bəziləri isə pul qazanmaq üçün Rusiyaya üz tutdu. 

Bəs görəsən, karantindən sonra, toylara qoyulan qadağa aradan qalxdığından bəri şou-biznes əhlinin vəziyyəti nə yerdədir?

Mövzu ilə bağlı Polemika.az-a danışan meyxanaçı Samirə Yusifqızı karantindən sonra da toyların əvvəlki aktivliyi olmadığını deyib:

“Toylara əvvəlki kimi dəvət almıram. Demək olar ki, heç toylar yoxdur. Toylar çox azalıb. Rusiya toylarına elə də güclü dəvət olmadı, amma mən özüm karantin müddətində altı ay Rusiyada qaldım və orada şəhərləri gəzdik, konsertlər verdik. Xırda-xırda işlər gördük, nə isə etməyə çalışdıq”.

Söz ustadı maddi vəziyyətlərindən gileylənən həmkarları barədə də danışıb:

“Həmkarlarımın sağlığına qismət olsun, karantindən sonra hamısının vəziyyəti yaxşıdır. Amma hələ də gileylənənlər var. Onlar çox olmasa da, beş-on nəfər efiri zəbt eləyənlərdir, əslində onların da günləri yaxşıdır. Allah başlarından töksün, ac gözlərini doydursun!”

Əsmətxanım

"Efiri zəbt edən beş-on nəfər..." - "Allah onların ac gözlərini doyursun"