Eddidən "Neftçi"yə keçid paylaşımı

Eddidən "Neftçi"yə keçid paylaşımı

Eddidən "Neftçi"yə keçid paylaşımı

“Neftçi”nin yeni transferi Eddi İsrafilov komandaya keçidi ilə bağlı paylaşım edib.

Polemika.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Instagram" hesabı vasitəsilə təəssüratlarını bölüşüb .

Milli komandamızın üzvü bir müddət baxışda olduğu “Luqo”ya (İspaniya) da təşəkkür edib: 

“Öncə “Luqo”ya orada keçirdiyim aylara görə təşəkkür edirəm. Mənə hər cür şəraiti yaratdığınız və qərarımı başa düşdüyünüz üçün vidalaşmaq istədim. Sizə ürəkdən təşəkkür edirəm! İkincisi, böyük kluba və çox gözəl, həyəcanlı layihəyə qoşulmaqdan çox sevincliyəm”.

Eddi İsrafilov “Neftçi” ilə 2,5 illik müqavilə imzalayıb.

Eddidən "Neftçi"yə keçid paylaşımı