"Dəmir yolunun bərpası 1 milyard $-dan çox vəsait tələb edir” - Erməni nazir

"Dəmir yolunun bərpası 1 milyard $-dan çox vəsait tələb edir” - Erməni nazir

"Dəmir yolunun bərpası 1 milyard $-dan çox vəsait tələb edir” - Erməni nazir

"Ermənistandan İrana dəmir yolunun bərpası üçün çox az pul lazımdır".

Polemika.az "Aysor"a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bu gün hökumətin iclasından sonra jurnalistlərə bildirib.

“Yerasxa (Arazdəyən kəndi - red.) ərazisində bir neçə yüz metrin bərpasına ehtiyac olduğu görünür. Meğri hissəsində dəmir yolunun bərpası daha böyük investisiyalar tələb edir və kifayət qədər baha başa gələcək”, - deyə iqtisadiyyat naziri bildirib.

O qeyd edib ki, bu hissədə köhnə dəmir yolu tamamilə sökülüb.

“Hələlik bu sahədə konkret layihəmiz yoxdur, həmçinin, təxmini hesablama da yoxdur. Amma düşünürəm ki, 200 milyon dollara qədər investisiya tələb olunacaq. Sərhəddən Horadizə, artıq Azərbaycan ərazisində olan dəmir yolunun tikintisi üçün daha böyük investisiyalara ehtiyac var. Bu hissənin tikintisi 1 milyard dollardan çox vəsait tələb edir”, - deyə Vaan Kerobyan vurğulayıb.

"Dəmir yolunun bərpası 1 milyard $-dan çox vəsait tələb edir” - Erməni nazir