Dəhşət: Rusların atdığı mərmi ukraynalı uşaqların ayaqlarını qopardı

Dəhşət: Rusların atdığı mərmi ukraynalı uşaqların ayaqlarını qopardı

Dəhşət: Rusların atdığı mərmi ukraynalı uşaqların ayaqlarını qopardı

"Rusiyanın Ukrayna xalqına qarşı işğalçılıq müharibəsi 23 gündür davam edir, hamımıza qarşı tamhəcmli müharibə gedir. Hesab edirik ki, bu, təkcə Ukrayna xalqına qarşı deyil, həm də bəşəriyyətə, sivilizasiyaya qarşı müharibədir. Biz azad xalqıq, heç kimə, qonşularımıza hücum etməməişik. Amma bizə qarşı 8 ildir müharibə gedir və yalnız 23 gün əvvəl Ukraynanın bütün ərazisi boyunca tamhəcmli hücum aparılır". 

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Jitomir vilayəti Radasının (parlament) sədri Volodimir Fedorenko bildirib.

O deyib ki, Jitomirdə 40-dan çox mülki insan həlak olub: "Onların arasında uşaqlar da var. Mərmi kiçik yaşlı uşaqların ayaqlarını, əllərini qopardıb. Bu, böyük faciədir, sözlə izah etmək olmur. Bizim vilayətə düşən onlarla bomba infrastruktur obyektlərinə - məktəblərə, xəstəxanalara düşüb, orada da xəsarət alanlar var. Bu gün başa düşürük ki, yalnız sülh Ukrayna xalqına qarşı olan bu təcavüzü dayandıra bilər. Azərbaycan xalqına minnətdarıq ki, bizə dəstək nümayiş etdirir. Azərbaycan Prezidentinə təşəkkür edirik, böyük danışıqlar aparır ki, bu müharibə tezliklə dayansın".

Rada sədri vurğulayıb ki, küçələrə nə qədər çox insan çıxsa və bizi dəstəkləsə, işğalçını, XXI əsrdə bunu edən Rusiyanı qınasa, bu, bizi daha da güclü edəcək: "Çünki SSRİ dağılandan sonra yaranan dondurulmuş münaqişələr var və bir nümunə də indiki Ukraynadır. Bu gün Rusiyanın etdiyi insanlığa qarşı həyata keçirilən şər siyasətidir, Rusiya Prezidentinin Sovet İttifaqını bərpa etmək niyyətinin bu formada olduğunu göstərir".

Onun sözlərinə görə, bu gün Ukrayna xalqına qarşı insanlığa sığmayan müharibə aparılır.

"İndi Ukrayna tərəfdən dinindən, etiqadından asılı olmayaraq müsəlmanlar, yahudilər, pravoslav, baptist xristianlar vuruşur, əvvəl bir yerdə sülh şəraitində yaşayan insanlar indi müharibə şəraitindədir, hər gün bizim şəhərlərimizə raketlər düşür, dağıdılır. Bu gün Mariupolun necə bombalandığını, necə dağıdıldığını sözlə ifadə etmək mümkün deyil. Siz bunu ötən əsrin 90-cı illərində yaşayıbsinız. İndi isə 30 il keçəndən sonra hamının öz xalqının rifahını düşünməli olduğu, qonşulara hörmət etməli olduğu bir vaxtda Rusiya çox alçaqcasına addımlar atır. Amma biz daha da güclənirik. Biz məğrur xalqıq, bəşəriyyətin tərəfini tuturuq. Göstəririk ki, biz şər qüvvə ilə mübarizə aparırıq və ona qalib gələcəyik. Dünya xalqlarına minnətdarıq ki, bizi dəstəkləyirlər. Yalnız sözdə deyil, əməldə də dəstəkləyirlər. Bu gün bizim üçün yalnız təəsübkeşlik azdır. Dünya xalqlarına müraciət edirik ki, kim necə bacarırsa, - humanitar yardımla, hərbi sahədə kömək etsin", - V.Fedorenko diqqətə çatdırıb. 

Dəhşət: Rusların atdığı mərmi ukraynalı uşaqların ayaqlarını qopardı