Dəhşət: Oğlunu Allah yolunda qurban kəsdi

Dəhşət: Oğlunu Allah yolunda qurban kəsdi

Dəhşət: Oğlunu Allah yolunda qurban kəsdi

Ötən il Türkiyədə 16 yaşlı oğlunun boğazını kəsərək “Allaha qurban verdim” deyən atanın ömürlük həbs cəzası tələbi ilə məhkəməsi davam edir.

Polemika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəxanada müalicəsindən sonra sağalan uşaq polisə ifadəsində atasının xətrinə dəyməmək üçün onun təklifini qəbul etdiyini bildirib.

Bundan əlavə, ana hadisə ilə bağlı ərindən şikayətçi olmadığını deyib.

Sorğu zamanı oğlunu öldürmək üçün boş bir sahəyə gətirdiyini etiraf edən Yusuf  adlı şəxs hadisədən bir gün əvvəl varlığını Allaha tapşırmaq üçün qalstukla intihara cəhd etdiyini və qalstuku cırıldığı üçün buna nail ola bilmədiyini deyib.

Hadisə günü səhər yuxudan qalxan Yusuf ona oğlunu qurban etməklə bağlı təlimatın gəldiyini iddia edərək oğlunu boş sahəyə gətirib. Bundan sonra oğlunun boğazını bıçaqla kəsib. Hərəkətsiz qaldıqdan sonra oğlunun öldüyünü düşünən ata onun üzünə gödəkçə örtərək hadisə yerindən uzaqlaşıb.

 

 

Dəhşət: Oğlunu Allah yolunda qurban kəsdi