Dünyada koronavirusa yoluxanların sayı 275 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 275 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 275 milyonu keçib

Ümumdünya Səhiyyə Təşkilatı bu günədək dünyada koronavirusa yoluxma və ölüm hallarının sayını açıqlayıb. Reyting.az xəbər verir ki, TASS-ın Cenevrədən yaydığı məlumata görə, artıq ÜST-ün dərc olunmuş statistikasına əsasən, koronavirusa yoluxma sayı 275.233.892 və bundan ölənlərin sayı isə 5.364.996 nəfər təşkil edir.

Məlumatda bildirilir ki, ÜST-ün statistikləri yoluxanlar və ölənlərlə bağlı dövlətlərin təsdiqlədiyi yalnız rəsmi məlumatları nəzərə alıb.

Virusa yoluxmanın “qara siyahısının” ilk onluğuna bu ölkələr daxildir:

ABŞ - 50.565.638, Hindistan - 34.758.481, Braziliya - 22. 215. 856, Böyük Britaniya - 11.542.147, Rusiya - 10.292.983, Türkiyə - 9.209.740, Fransa - 8.469.950, Almaniya - 6.878.709, İran - 6.175.782 və İspaniya - 5.585.055.

Ölüm hallarının sayına görə də ABŞ siyahıda birinci yerdədir - 799.942 nəfər. İkinci yeri Braziliya (617.873), üçüncünü isə Hindistan (478.325) tutur.

Dünyada koronavirusa yoluxanların sayı 275 milyonu keçib