Dünyada koronavirus STATİSTİKASI: Ölənlərin sayı 6 milyonu keçdi

Dünyada koronavirus STATİSTİKASI: Ölənlərin sayı 6 milyonu keçdi

Dünyada koronavirus STATİSTİKASI: Ölənlərin sayı 6 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 460 milyonu, ölənlərin sayı isə 6,05 milyonu ötüb.

Polemika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Martın 16-da ÜST dünya üzrə 460 280 168 yoluxma və 6 050 018 nəfərin ölməsi barədə məlumat alıb. Gün ərzində yoluxanların sayı 1 679 216, ölənlərin sayı 1 751 nəfər artıb.

Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 78 865 157 nəfərə çatıb, 958 609 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 42 998 938 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 516 072 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 29 380 063 nəfər virusa yoluxub, onlardan 655 249 nəfəri ölüb.

Dünyada koronavirus STATİSTİKASI: Ölənlərin sayı 6 milyonu keçdi