Dünya bazarlarında əsas mallar bahalaşır

Dünya bazarlarında əsas mallar bahalaşır

Dünya bazarlarında əsas mallar bahalaşır

Qərbin Rusiyaya qarşı yeni sanksiyaları tədarükün kəsilməsi ehtimalını artırdığı üçün xammal qiymətləri yüksəlir.

Polemika.az "Bloomberg"ə istinadla xəbər verir ki, Bazar ertəsi günü buğdanın qiyməti 13 ildən çox müddətdə demək olar ki, ən yüksək səviyyəyə qalxıb, alüminiumun və nikelqiyməti isə rekord vurub.

Beynəlxalq gərginliyin hər hansı bir artımı zamanı etibarlı sığınacaq rolunu oynayan qızıl da bahalaşır.

G7 ölkələrinin liderləri bəzi Rusiya banklarını SWIFT beynəlxalq ödəniş sistemindən ayırmaq, eləcə də Rusiya Federasiyası Mərkəzi Bankının beynəlxalq ehtiyatlarına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəliblər.

Ekspertlərin fikrincə, daha sərt məhdudiyyətlərin tətbiqi əmtəə bazarındakı vəziyyətlə bağlı dərin qeyri-müəyyənliyi gücləndirir.

"Goldman Sachs Group Inc"-in bəyanatında deyilir: "Sülh danışıqlarında irəliləyiş olmadıqda, bunun əmtəə qiymətlərinin kəskin artmasına səbəb olacağına inanırıq, çünki tələbin məhv edilməsinin bazarı tarazlaşdırmaq üçün qalan yeganə əhəmiyyətli mexanizm olaraq qaldığını görürük".

Metallar və kənd təsərrüfatı malları Qərb siyasətçilərinin radarında olmasa da, investorlar son tədbirlərin tədarükçülərə ödənişlərin kəskin azalmasına səbəb ola biləcəyindən və bankları Rusiya alışlarını daha da azaltmağa sövq edə biləcəyindən narahat olduqları üçün qiymətlər yüksəlir.

Birlikdə Rusiya və Ukrayna dünya buğda ixracının dörddə birini və qarğıdalı satışının beşdə birini təşkil edir. Rusiya alüminium, nikel, palladium, neft və qaz kimi əsas xammal tədarükçüsüdür.

Əmtəə bazarlarında logistik şok riski sürətlə artır, sığortaçılar ya Qara dənizə daxil olan gəmiləri sığortalamaqdan imtina edir, ya da bunun üçün böyük mükafatlar tələb edirlər. "BMT Comtrade"-in məlumatına görə, Türkiyə 2020-ci ildə Çin və Yaponiyanı qabaqlayaraq Rusiyadan alüminiumun ən böyük alıcısı olub.

Ukraynada limanlar bağlıdır və treyderlər rus taxılıyla məşğul olmamağa üstünlük verdiklərini deyirlər. Bloomberg xəbər verir ki, bəzi ixracatçılar vəziyyətin aydın olmayan inkişafı səbəbindən müqavilələri yerinə yetirə biləcəklərini bilmədikləri üçün hazırda müqavilə bağlamaqdan imtina edirlər.

"Trading Economics"-in məlumatına görə, Çikaqoda mart fyuçerslərinin kotirovkaları bazar ertəsi ticarət zamanı 6,2% artaraq 8,95 dollara çatıb. Qarğıdalı fyuçersləri 3,5% artaraq 6,825 dollar olub.

Londonda alüminium 4% artaraq yeni rekorda çatdı, palladium isə potensial tədarükün pozulması qorxusu ilə 7,8% yüksəldi. Rusiya dünyada hasil edilən palladiumun təxminən 40%-ni istehsal edir. Gümüş və platinin qiymətləri az dəyişdi.

NYMEX-də mart müqavilələri bazar ertəsi günü 0,7% artaraq unsiya üçün 1,901,1 dollara çatıb.

Dünya bazarlarında əsas mallar bahalaşır