Dünya bazarında neft qiymətləri artır

Dünya bazarında neft qiymətləri artır

Dünya bazarında neft qiymətləri artır

Bazar ertəsi səhər dünya neft qiymətləri yüksəlir.

Polemika.az "Wall Street Journal"a istinadla xəbər verir ki, buna səbəb güclü tələbat və OPEC+ qərarıdır.

Hazırda Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti 1,11% artaraq 83,66 dollar, WTI markalı neftin dekabr fyuçersləri 1,23% bahalaşaraq 82,27 dollara çatıb.

ANZ analitiklərinin məlumatına görə, Səudiyyə Ərəbistanının dövlət neft tədarükçüsü "Saudi Aramco" dekabr ayı üçün bütün regionlardakı müştəriləri üçün rəsmi satış qiymətlərini qaldırıb.

OPEC+ qərarına əsasən, hasilat planlaşdırılmış 400 min barel həcmində artırılacaq.

Dünya bazarında neft qiymətləri artır