Dmitri Medvedev: "Sanksiyalara sərt cavab veriləcək"

Dmitri Medvedev: "Sanksiyalara sərt cavab veriləcək"

Dmitri Medvedev: "Sanksiyalara sərt cavab veriləcək"

"Rusiya Qərbin tətbiq etdiyi məhdudiyyətlərə sərt cavab verəcək".

Polemika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

O, “VKontakte” sosial şəbəkəsində yazıb:

"Siyasətçilərin əsas vəzifəsi müəssisələrin səhmdarlarına ciddi təzyiq göstərmək, onları öz iradələrinə tabe olmağa məcbur etməkdir. Xarici biznesin Rusiyanı tərk etmək istəməməsini, onların potensial itkilərini onlar da nəzərə almırlar. Biz buna əsaslı və sərt şəkildə cavab verəcəyik”.

Medvedevin sözlərinə görə, ölkə rusların və Rusiya şirkətlərinin xaricdəki əmlaklarının əsassız olaraq ələ keçirilməsinə də dözməyəcək:

"Xarici aktivlərin ələ keçirilməsi və onların mümkün milliləşdirilməsi də daxil olmaqla, simmetrik cavab tədbirləri olacaq. Eyni şey xarici şirkətlərin ölkəmizdə işləməkdən imtinasına da aiddir. Onlar sanksiyalara əsaslanıb faktiki olaraq komandalarını taleyin ümidinə buraxırlar”.

Dmitri Medvedev: "Sanksiyalara sərt cavab veriləcək"