Devalvasiya nə vaxt olacaq? - “Mərkəzi Bank qeyri-qanuni olaraq...”

Devalvasiya nə vaxt olacaq?

Devalvasiya nə vaxt olacaq? - “Mərkəzi Bank qeyri-qanuni olaraq...”

"Prezident Əliyevin son müsahibəsində 2014-2015-ci illərdə Mərkəzi Bankın manatın məzənnəsinin saxlanılması üçün 10 mlrd. dollardan artıq vəsait xərclədiyini vurğuladı – belə görürəm ki, bəzi media qurumları, bəzi vətəndaşlar bunu ilk dəfə eşidiblər - halbuki, son 6-7 ildə dəfələrlə bu məsələni gündəmə gətirmişdik, o zaman atılan addımların kökündən səhv olduğunu vurğulayıb sübut etmişdik".

Polemika.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

Ekspert daha sonra fikirlərini belə əsaslandırıb:

"Mənim üçün bu açıqlamanın ən maraqlı detalı budur ki, əgər bir daha həmin illərdə, o dövrdə yaranan vəziyyət olsa, dövlət bir daha valyuta ehtiyaclarının məzənnənin saxlanılmasına xərcləməyəcək. Qısa-sual cavablarla vəziyyətə baxaq:

- Bu gün devalvasiya üçün əsaslar varmı? Yoxdur, nə qədər ki, neft 80-85 dollar civarındadır, tədiyyə balansında böyük müsbət saldo var, devalvasiya təhlükəsi görünmür,

- Hökumət uzun müddət bu məzənnə rejimini saxlaya biləcəkmi? Təbii ki, yox, elə 2005-2015, 10 illik sabit-inzibati məzənnə dövrü subut etdi ki, sabit məzənnə rejimini daim saxlamaq olmur, günün birində daha sərt məzənnə dəyişikliklərinə getmək məcburiyyəti yaranır,

- Bu gün sabit məzənnə rejimindən imtina etmək üçün şərait varmı? Yoxdur, ölkənin indiki primitiv iqtisadi sistemi üzən məzənnə rejiminə keçmək üçün yaralı deyil. Üzən məzənnə üçün hər gün birjada yüzlərlə valyuta alıb-satan oyunçu lazımdır, bu gün isə ölkədə satıcı kimi bir oyunçu var (Neft Fondunun dollarını Mərkəzi Bank satır), alıcı kimi isə 26 Bank var – vəssalam. Belə primitiv modeldə üzən məzənnəyə keçid mümkün deyil,

- Yaxşı, bəs nə vaxt devalvasiya ola bilər? Bu siyasi qərarla olacaq, amma günün birində mütləq olacaq, sadəcə indiki dövrdə ancaq neft qiymətlərindən asılı olan bir məsələdir. Manat “kağız neftdir”, arxasında neftdən başqa heç nə dayanmır, nə zaman neft qiymətlə kəskin düşüb aylarla 50 dollardan aşağı olacaqsa, o zaman devalvasiya təhlükəsi yaranacaq,

- Devalvasiya ilə bağlı cəmiyyətdə səngiməyən söhbətlərin, təlaşın olamasının səbəbi nədir? Səbəb qonşularda olan məzənnə dəyişiklikləri, əsas da Türkiyədəki vəziyyət, bir də Mərkəzi Bankın yarıtmaz siyasətidir – Mərkəzi Bank qeyri-qanuni olaraq valyuta satışlarına məhdidiyyətlər qoyub ki, bu da ajiotajın yaranmasının əsas səbəblərindən biridir (qeyri-qanuni olaraq hər vətəndaşa ildə 11500 valyuta almaq limiti kimi)".

Devalvasiya nə vaxt olacaq? - “Mərkəzi Bank qeyri-qanuni olaraq...”