Deputat 1 gündə 21 jurnalistin suallarına cavab verib

Deputat 1 gündə 21 jurnalistin suallarına cavab verib

Deputat 1 gündə 21 jurnalistin suallarına cavab verib

Xəbər verdiyimiz kimi, yanvarın 1-dən Milli Məclis tətilə çıxıb.

Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. Əgər həmin dövrdə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar məzuniyyətdən geri çağırılır.

Millət vəkillərinin tətilə çıxması ilə onların ictimai proseslərdən kənarda qaldığını iddia edənlər də az deyil.

Polemika.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa iddiaların əsassız olduğunu bildirib:

“İstirahət yoxdur. Dünən 15 açıqlama, 4 müsahibə vermişəm, 2 televiziya verilişində olmuşam. Bu gün də təqribən eyni durum. İl başlayandan hələ yazılan məqalə və statusları demirəm. Harası istirahət oldu?”

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Milli Məclis hər il yaz və payız sessiyasına toplaşır. Yaz sessiyası fevralın 1-də başlanır, mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır, dekabrın 30-da başa çatır.

Deputat 1 gündə 21 jurnalistin suallarına cavab verib