“Dağlıq Qarabağa Türkiyə sülhməramlıları yeridilməyəcək” - Polad Bülbüloğlu

“Dağlıq Qarabağa Türkiyə sülhməramlıları yeridilməyəcək” - Polad Bülbüloğlu

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, müxtəlif şayiələrə və ayrı-ayrı bəyanatlara baxmayaraq, Dağlıq Qarabağa Türkiyə sülhməramlıları yeridilməyəcək.

Polemika.az xəbər verir ki, bu barədə Polad Bülbüloğlu Rusiyanın RBK telekanalına müsahibəsi zamanı qeyd edib.

“Söhbət Türkiyə sülhməramlılarının, əsgərlərin yeridilməsindən getmir. Söhbət tərəflərin bəyanatın icrasına texniki nəzarətindən gedir” , - deyə səfir bildirib.

Onun sözlərinə görə, Qarabağ ərazisində Türkiyə qoşunlarının olmasına zərurət yoxdur, ancaq Ankara Moskva ilə birlikdə regiondakı vəziyyətin monitorinqində iştirak edərsə, Bakı bundan şad olacaq.  /Oxu.az