“Dağlıq Qarabağ adlı inzibati ərazi olmayacaq və onun yerində…”

“Dağlıq Qarabağ adlı inzibati ərazi olmayacaq və onun yerində…”

Dağlıq Qarabağdakı qondarma “rejim”in rəsmisi David Babayan Qarabağın gələcəyi ilə bağlı Azərbaycanın hansı planları həyata keçirəcəyinin bəzi detallarını açıqlayıb. 

“Yeni Sabah”ın məlumatına görə, o deyib ki, bundan sonra Qarabağda yaşayan ermənilərin “müstəqillik” arzuları baş tutmayacaq. Çünki Bakının geniş inzibati və geosiyasi təcrübəsi var və artıq onların praktiki olaraq tətbiqinə start verib.

Babayan deyir ki, Azərbaycan tərəfinin planına əsasən qısa müddətdən sonra Dağlıq Qarabağ adlı inzibati ərazi olmayacaq və onun yerində Qarabağ inzabati rayonu formalaşdırılacaq. Onun sözlərindən belə başa düşülür ki, buraya Şuşa, Xankəndi, Xocalı şəhərləri daxil ediləcək. Ağdərə və Əsgəran rayonları isə bu rayonun qəsəbələrindən biri olacaq.

O bildirib ki, yeni inzibati rayonun mərkəzi isə Xankəndi yox, Şuşa şəhəri olacaq.

Erməni separatçısı qeyd edib ki, Dağlıq Qarabağa heç bir muxtariyyət verilməyəcək. “Azərbaycan hökuməti Qarabağda azərbaycanlılar və ermənilərin birgə yaşaması üçün zəruri olan bürün imkanları yaradacaq. Və bölgənin təhlükəsizliyinə təminat verəcək”.